Kabel istehsalı sketorunda aparıcı şirkətlərdən biri olan "Azərgöktel" MMC ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi arasında vergi məsələləri üzrə mübahisə yaranıb.
Hit.az xəbər verir ki, şirkət bu mübahisədən dolayı məhkəməyə müraciət edib.
Birinci instansiya məhkəməsi iddianı təmin etməyib.
Şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
"Azərgöktel" şirkəti 25 fevral 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi İsmayılov Seymur Əli oğludur.
Şirkətin hazırda 594 233,46 manat vergi borcu var.
Ehtimal olunur ki, şirkətlə vergi qurumu arasındakı məhkəmə bununla bağlıdır.
Abbas