“Premium Stone" MMC məhkəmənin qərarı ilə cərimələnib.
Hit.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, şirkət Ukraynadan idxal etdiyi məhsulların elektron qaydada qısa idxal bəyannaməsi təqdim etməyib.
Məhkəminin qərarı ilə, "Premium Stone" MMC 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.
Ramiz