Tibbi və Estetik Avadanlıqlarının satışını həyata keçirən "Arash Medical Company" Qapalı Səhmdar Cəmiyyəti barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Hit.az-ın məlumatına görə protokol Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, nizamnamə kapitalı 2000 min manat olan “Arash Medical Company” 2011-ci ildə qeydiyyata alınıb, qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
Mediada yayılan və təkzib olunmayan məlumatlara görə şirkətin faktiki sahibi Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovdur.
Ramiz