DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

İQTİSADİYYAT
19:44 / 23.01.2025
57

Dövlət Gömrük Komitəsi (DGK) “MAFH” şirkətini inzibati məsuliyyətə cəlb edib. 

Hit.az-ın məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

İş baxəlması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

Fevralın 5-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Abbas

0