"ZIRINC GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib edilib.
Hit.az-ın məlumatına görə, MMC barəsində Dövlət Statistika Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi - statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.
İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Pərviz Muradovun sədrliyi ilə baxılır.
Ramiz