“BYD Motors Company” məhkəmə qarşısında

İQTİSADİYYAT
19:36 / 24.01.2025
61

“BYD Motors Baku” şirkəti gömrük qaydalarını pozmaqda ittiham edilir. 

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati iş başlanıb. 

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 

Fevralın 5-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

İclas hakim Nigar İmanovanın sədrliyi ilə keçiriləcək. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“BYD Motors Company” Çin istehsalı olan “BYD” avtomobillərinin idxalını və satışını həyata keçirir.

Abbas

0