Mərkəzi Bank məşhur restoranı inzibati məsuliyyətə cəlb etdi

İQTİSADİYYAT
20:17 / 24.01.2025
63

Mərkəzi Bank “Neshve Cafe” restoranı barəsində inzibati protokol tərtib cəlb edib. 

Hit.az xəbər verir ki, restoran İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir. 

İşə Yasamal Rayon Məhkəməsində baxılacaq.

Fevralın 3-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Neshve Cafe” restoranı vergidə “Neshve Baku” MMC kimi qeydiyyata alınıb. 

Abbas

0