Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

İQTİSADİYYAT
23:10 / 25.01.2025
93

Ötən il Azərbaycana xarici ölkələrdən 1 milyon 292 min 6 ton miqdarında buğda gətirilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına çəkilən xərcin həcmi 279 milyon 681 min ABŞ dolları olub. Buğda idxalı əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 116 min 685 ton (9,9%) artıb, dəyər ifadəsi ilə 24 milyon 302 min ABŞ dolları (8%) azalıb. 2023-cü ildə Azərbaycana xaricdən 1 milyon 175 min 341 ton miqdarında, 303 milyon 983 min ABŞ dolları dəyərində buğda gətirilmişdi.

Ötən il idxal olunan buğdanın bir tonunun orta qiyməti 216,4 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 42,2 ABŞ dolları və ya 16,3% ucuzlaşma deməkdir. 2023-cü ildə idxal olunan buğdanın bir tonunun orta qiyməti 258,6 ABŞ dolları idi.

Qeyd edək ki, ötən il idxal olunan buğda ümumi idxalın 1,33%-ini təşkil edib.

0