"NLT Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
İşə Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə baxılacaq. İşə baxılma vaxtı 24.01.2025-ci ildə təxirə salındığı üçün, baxış iclası 05.02.2025-ci ilə təyin edilib.
Ramiz