"Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı yeni dövlət proqramı hazırlanır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı bildirib.
Bu proqram nəqliyyat sahəsində yaşanan problemləri həll edəcəkmi?
İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, nəqliyyat məsələləri üzrə proqramı geniş əhatəlidir:
"Bu proqramda yeni yolların, yeni metrostansiyaların çəkilməsi nəzərdə tutulub. Bu işlər vaxtında və keyfiyyətli şəkildə icra olunacaqsa, Bakı şəhərinin nəqliyyat problemi həll olunar. Ancaq onu da nəzərə almaq lazımdır ki, paytaxt əhalisinin sayı Bakının nəqliyyat potensialından daha çox artır. Bu səbəbdən də Bakıdan regionlara əhalinin geri köçməsinə ehtiyac var. Belə olarsa, Bakının nəqliyyat problemi həll olunar".
Sevinc