“Dan Treyd” şirkəti məhkəmə qarşısında

İQTİSADİYYAT
21:18 / 30.01.2025
52

Dövlət Gömrük Komitəsi (DGK) “Dan Treyd” şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edib.

Hit.az xəbər verir ki, bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin min manat, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
İşə Suraxanı Rayon Məhkəməsində baxılacaq. 

Fevralın 12-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

Abbas

0