“MKT İstehsalat Kommersiya” şirkəti “Abşeron Yağ Emalı Fabriki”ni məhkəməyə verib.
Hit.az xəbər verir ki, şirkətin iddiasına Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq.
Fevralın 24-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
İclas hakim Fərman Həmidlinin sədrliyi ilə keçiriləcək.
Məhkəmə çəkişməsi alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Mediada gedən və indiyədək təkzib edilməyən məlumatlara görə, “MKT İstehsalat Kommersiya” şirkəti fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur.
Abbas