“Birbank”da yenə problem yarandı

15:12 / 01.02.2025
358

“Birbank” tətbiqinin istifadəsində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, tətbiq istifadəçiləri bir neçə saatdır, sistemin işləmədiyini və heç bir əməliyyat apara bilmədiklərini qeyd edirlər.

Xatırladaq ki, bir neçə gün öncə də “Birbank” sistemində problem olmuşdu.

367010

0