Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46,5 milyard manat təşkil edib.
Trend-in Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 1,8 milyard manat və ya 4%, 2024-cü ilin əvvəlinə nisbətən isə 1,4 milyard manat və ya 3,1% çoxdur.
Bundan başqa, bu ilin yanvarın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 36,6 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 2 milyard manat və ya 5,8%, 2024-cü ilin əvvəlinə nisbətən isə 1,3 milyard manat və ya 3,6% çoxdur.
Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,6 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 1,9 milyard manat və ya 6,8% çox, 2024-cü ilin əvvəlinə nisbətən isə 31,4 milyon manat və ya 0,1% azdır.
Eyni zamanda bu ilin yanvarın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15,8 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 244 milyon manat və ya 1,6% çox, ötən ilin əvvəlinə nisbətən 15,4 milyon manat 0,1% azdır.