“Yol Nişan” şirkəti nədə ittiham edilir?

İQTİSADİYYAT
17:40 / 03.02.2025
56

"Yol Nişan" MMC barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddə ilə ittiham edilir. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

518.1-ci maddəyə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Abbas


 

0