Vitrin qiyməti ilə kassa qiyməti arasında fərq - Nə etməli?

İQTİSADİYYAT
19:58 / 03.02.2025
58

Bəzən marketlərdə məhsulun vitrindəki qiyməti ilə kassa qiyməti arasında fərq olur. 

Bu da alıcıların haqlı narazılığına səbəb olur. 

İqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a deyib ki, marektlərdə vitrində bir qiymət, kassada isə digər qiymətin olması istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır:

“Belə hallarla rastlaşdıqda vətəndaşların İqtisadiyyat Nazirliyinə şikayət etmək hüququ var.  Bu kimi vəziyyətlərdə vətəndaşlar kütləvi şəkildə şikayət etməklə öz hüquqlarını müdafiə edə bilərlər”.

İqtisadçının sözlərinə görə bəzi marketlər 18 faiz əlavə dəyər vergisini nəzərə almadan piştaxtadakı qiyməti müəyyənləşdirirlər:

"Bu, ilk baxışdan cəlbedici görüntü yaradır. Sonra isə kassada təbii ki, 18 faiz əlavə dəyər vergisi məhsulun qiymətinin üzərinə gəlir.  Bu isə düzgün deyil".

Sevinc

0