“Loğman Klinikası” 5000 manat cərimələnə bilər

İQTİSADİYYAT
16:41 / 05.02.2025
49

“Loğman Klinikası” inzibati məsuliyyətə cəlb edilib. 

Hit.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham edilir. 

İşə Nizami Rayon Məhkəməsində baxılacaq. 

Fveralın 16-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

469.2-ci maddəyə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Abbas
 

0