"YAYCI AQRO" nədə ittiham olunur?

İQTİSADİYYAT
22:36 / 05.02.2025
41

"YAYCI AQRO" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimə protokolu yazılıb.

Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məclləsinin 469.2-ci maddəsinə əsasən irəli sürülüb.

Bu maddəyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.

İşə 18.02.2025-ci il tarixində Sabunçu Rayon Məhkəməsində baxılacaq.  

Ramiz

0