“Fortuna Holdinq” hansı qaydaları pozub?

İQTİSADİYYAT
18:30 / 05.02.2025
44

“Fortuna Holdinq” şirkəti barəsində inzibati protokol tərtib edilib. 

Hit.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham edilir. 

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

Fevralın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. 

518.1-ci maddəyə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Abbas 

0