"Metro şəhər infrastrukturunun əsas mahiyyətini və qayəsini özündə ehtiva edir".
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.
O, şəhər üçün metronun əhəmiyyətindən danışıb:
"Ümumiyyətlə, şəhər nəqliyyatını metro olmadan təsəvvür etmək çətindir. Şəhər infrastrukturunda daha çox sərnişindaşıma yükü "Bakı Metropoliteni"nin üzərinə düşür. Yəni paytaxtımızda sərnişindaşımaya görə metro birinci sıradadır".
Ekspert qeyd edib ki, "Bakı Metropoliteni" milyonlarla sərnişin daşıyır:
"Lakin bu da özündə müəyyən təzahürləri ortaya çıxarır. Düşünürəm ki, nəqliyyatda sərnişindaşımanın əsas qolu olan metroda stansiyaların ümumi koordinasiyası lazımdır. Stansiyalar elə qurulmalıdır ki, hərəkət intensivliyini qoruya bilsin.
Buna görə də metro stansiyalarının sayı artmağa davam etməlidir. Yeni metro stansiyaları insanların əhatə olunduğu yaşayış yerlərindən keçməlidir. Bu nöqteyi-nəzərdən metro stansiyalarının sayının artması vacibdir. Üstəlik, bu, şəhərdə tıxacın da azalmasına səbəb ola bilər".
Pərviz