Bu şirkət yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunur

İQTİSADİYYAT
21:48 / 07.02.2025
48

"RV BEST" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Hit.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci  maddəsinə görə  mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İşə 19.02.2025-ci il tarixində Səbail Rayon Məhkəməsində baxılacaq.

Ramiz
 

0