Azərbaycan qızıl alışını niyə artırıb?

İQTİSADİYYAT
21:38 / 11.02.2025
49

Azərbaycan xaricdən qızıl idxalını kəskin şəkildə artırıb.

Azərbaycan qızıl alışına görə dünyada ilk beşlikdə yer alıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov mətbuata bildirib ki, ARDNF inflyasiyadan qorunmaq üçün effektiv vasitə olaraq, xüsusən iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi risklər dövründə rezervlərin dəyərini qorumaq məqsədilə investisiya portfelində qızılın payını artırıb.

Maraqlıdır, Azərbaycan qızıl alışını niyə artırıb?

Millət vəkili Vüqar Bayramov Hit.az-a deyib ki, qlobal iqtisadiyyatda risklər artır. Qlobal ticarət markasının güclənməsi də bu riskləri artıran səbəblərdəndir: 

“Bu səbəbdən də qızıl investorlar tərəfindən daha az riskli yığım vasitəsi hesab olunur.   Azərbaycan qızıl idxalını artırır. Bunun səbəbi isə Azərbaycan istehsalı olan qızıl emal edilərək, yenidən ölkəmizə gətirilir. Istənilən halda qızıl yığımının artması iqtisadi təhlükəsizlik baxımından vacibdir. Bu istiqamətə görülən işlər davam etdiriləcək”.

Sevinc

0