MİDA Yevlaxda çoxmənzilli yaşayış binaları tikəcək

İQTİSADİYYAT
13:01 / 12.02.2025
53

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) daha bir çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı işlərə başlayır.

Trend-in əldə etdiyi məlumata görə, bu dəfə agentlik yeni yaşayış kompleksinin Yevlax şəhərində inşasını planlaşdırıb.

Belə ki, plana əsasən, yaşayış binaları rayonun R.Budaqov küçəsi 1 ünvanında 1,9 ha torpaq sahəsində inşa olunacaq.

Artıq sözügedən işlərlə əlaqədar olaraq MİDA mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işlərinə start verib.

Agentlik qeyd olunan işlərin icrasına 6,1 milyon manat vəsaitin sərf olunacağını ehtimal edir.

0