Fevralın 12-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.
Ölkəmizə yeni təyinatı münasibətilə Sunniya Durrani-Camalı təbrik edən A.Quliyev AİB-in dəstəyi ilə həyata keçirilən Milli Şəhər Qiymətləndirməsinin və BIM texnologiyalarının tətbiqi üzrə aparılan işlərin önəminə toxunaraq, Komitənin AİB ilə Azərbaycanda davamlı şəhər iqtisadiyyatı, “yaşıl” infrastrukturun təşviqi, binaların enerji səmərəliliyi və ümumilikdə şəhərsalma sahəsinin inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsində marağını ifadə edib.
Tərəflər həmçinin , cari və perspektiv layihələri, beynəlxalq təcrübə mübadiləsi imkanlarını, habelə innovasiyaların tətbiqi məsələlərini müzakirə ediblər.
Sonda Anar Quliyev qonağı 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət edib.