2025-ci ilin yanvar ayında əsas kapitala 787 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50,0 faiz az investisiya yönəldilib.
Bu barədə HİT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 faiz az olub. İstifadə olunmuş investisiyanın 504,8 milyon manatı və ya 64,1 faizi məhsul istehsalı sahələrinə, 109,8 milyon manatı (14,0 faizi) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 566,0 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.