Buratino Psixoloji Mərkəzi inzibati məsuliyyətə cəlb edilib

İQTİSADİYYAT
20:44 / 13.02.2025
47

Buratino Psixoloji Mərkəzi barəsində inzibati protokol tərtib edilib. 

Hit.az xəbər verir ki, Mərkəz İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə ittiham edilir. 

Bu maddə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Abbas 

0