Taksi xidmətləri ucuzlaşa bilər (Ekspert)

İQTİSADİYYAT
19:06 / 24.04.2020
1426

"Taksi fəaliyyəti ilə məşğul olanlar üçün bir sevindirici xəbər isə ondan ibarətdir ki, onlar məcburi dövlət sığorta haqqını daha sadə şəkildə “Fərqlənmə nişanı” alarkən ödəyəcəklər".

"Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliklərdə taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vergi və sosial öhdəliklərinin əhəmiyyətli dərəcədə azaldılması təklif olunur".

Hit.Az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-ekspert Qalib Toğrul öz "Facebook" hesabında paylaşıb.

Mütəxəssis taksi ilə sərnişin daşıyanların indiyədək olan və 1 apreldən qüvvəyə minəcək vergi və sosial öhdəliklərinin müqayisəli şəkildə izahını verib:

"Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar hazırda 18 manat (9 manat x 2,0 əmsal) sadələşdirilmiş vergi, 62.50 manat (250 manat x 25%) məcburi sosial sığorta haqqı, ayda cəmi 80.50 manat ödəyir. 1 apreldən isə 9 manat ((9 manat x 2,0 əmsal) x 50% güzəşt) sadələşdirilmiş vergi, 30 manat ((250 manat X 6%) x 2,0 əmsal) məcburi sosial sığorta haqqı, ayda cəmi 39 manat ödəyəcək. Bu isə 41.50 manat (80.50 manat – 39 manat) az ödəyəcəklər deməkdir.

Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar hazırda 13,50 manat (9 manat x 1,5) sadələşdirilmiş vergi, 62.50 manat (250 manat x 25%) məcburi sosial sığorta haqqı, ayda isə cəmi 76.0 manat ödəyir. 1 apreldən 6,75 manat ((9 manat x 1,5) x 50% güzəşt) sadələşdirilmiş vergi, 22,50 manat ((250 manat x 6%) x 1,5 əmsal) məcburi sosial sığorta haqqı, ayda isə cəmi 29,25 manat ödəyəcək. Bu isə 46.75 manat (76.0 manat – 29.25 manat) az ödəyəcəkləri anlamına gəlir.

Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar hazırda 9 manat (9 manat x 1,0 əmsal) sadələşdirilmiş vergi, 62.50 manat (250 manat x 25%) məcburi sosial sığorta haqqı, ayda cəmi 71.50 manat ödəyir. 1 apreldə 4.5 manat ((9 manat x 1,0 əmsal) x 50% güzəşt) sadələşdirilmiş vergi, 15 manat ((250 manat X 6%) x 1,0 əmsal) məcburi sosial sığorta haqqı, ayda isə cəmi 19,50 manat ödəycək. Bu isə 50.0 manat (71.50 manat – 19.50 manat) az ödəyəcəkləri deməkdir".

Q.Toğrul əlavə edib ki, taksi fəaliyyəti ilə məşğul olanlar üçün bir sevindirici xəbər isə ondan ibarətdir ki, onlar məcburi dövlət sığorta haqqını daha sadə şəkildə “Fərqlənmə nişanı” alarkən ödəyəcəklər.

0