İnnovasiya və Təchizat Mərkəzi “Avromed Company” şirkətindən 164 374 manatlıq dərman vasitələri alacaq.
Hit.az xəbər verir ki, bununla bağlı şirkətlə Mərkəz arasında müqavilə imzalanıb.
"Avromed Company" uzun illər deputat Cavanşir Feyziyevin şirkəti tanınıb. Lakin 2020-ci ildə şirkətin yaydığı açıqlamaya görə, Cavanşir Feyziyev 2010-cu ilə qədər "Avromed Company" QSC-nin direktoru vəzifəsində çalışıb.
İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.
"Avromed"in açıqlamasında sonradan qeyd edilib ki, deputat 2016-cı ildə səhmlərini satıb. Bununla belə, hələ də şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə iddialar var.
Abbas