Bu gün avtobuslar 21:00-a kimi işləyəcək

İQTİSADİYYAT
19:33 / 23.02.2025
60

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.

Bu barədə hit az-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.

Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

0