"Bakı Metropoliteni"nin sədrinə yeni müşavir təyin edildi

13:20 / 24.02.2025
396

"Bakı Metropoliten"i Qapalı Səhmdar Cəmiyyətində (QSC) yüksək vəzifəyə təyinat olub.

HİT.az xəbər verir ki, Emil Əhmədov "Bakı Metropoliten"i sədrinin müşaviri təyin edilib.

Xatırladaq ki, E.Əhmədov bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yük daşımaları departamentinin rəhbəri olub.

"Bakı Metropoliten"in sədri Vüsal Aslanovdur.

0