Qax Rayon İcra Hakimiyyətinin tenderi ləğv edilib.
Hit.az xəbər verir ki, Qax şəhəri küçələrində və döngələrdə yol və səkilərin, eyni zamanda şəhər qəbirstanlığının giriş yolunun əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirilən tenderin ləğvi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır.
Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 313 810,30 manatdır.
Abbas