Bu şirkətin rəhbəri vəzifədən azad ediləcək

İQTİSADİYYAT
11:05 / 25.02.2025
72

“Kainat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri dəyişdirilir.

Bu barədə İqtisadiyyat.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, hazırkı sədrin vəzifədən azad edilməsi və həmin vəzifəyə yeni şəxsin təyin edilməsi ASC-nin  səhmdarlarının növbədənkənar ümumi yığıncağında təsdiqlənəcək.

Buna görə də aprel ayının 3-nə cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.

0