Dövlət Miqrasiya Xidməti “K.A.S” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Hit.az xəbər verir ki, müqavilədə Dövlət Miqrasiya Xidmətində abadlıq işlərinin satın alınması nəzərdə tutulur.
Görüləcək işlərə görə, qurum şirkətə 95 145,96 manat ödəyəcək.
“K.A.S” şirkəti 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Kəsəmənli Samir Xanoğlan oğludur.
“K.A.S” şirkəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Samir Kəsəmənli haqqında da hər hansı məlumata rast gəlinmir.
Dövlət Miqrasiya Xidməti ötən il bu şirkətlə 4 satınalma müqaviləsi bağlayıb. Müqavilələr abadlıq və təmir işləri ilə bağlı olub. Bu müqavilələrin ümumi maliyyə dəyəri 403 713, 41 manat olub.
Abbas