Analitik Ekspertiza Mərkəzinin 400 minlik tenderi niyə ləğv edildi?

İQTİSADİYYAT
22:36 / 26.02.2025
85

Analitik Ekspertiza Mərkəzinin  reaktivlərin, laboratoriya avadanlıqlarına ehtiyat hissələrinin, digər laborator ləvazimatların və istismar materiallarının satın alınması ilə bağlı elat etdiyi tender baş tutmayıb. 

Hit.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin ləğvi barədə qərar qəbul edib. 

Səbəb müsabiqəyə qatılan iddiaçıların sayının üçdən az olması ilə bağlıdır. 

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 432 899,64 manatdır.

Abbas 

0