Azərbaycandakı banklar və bank olmayan kredit təşkilatları vətəndaşlara zaminsiz kreditlər təklif etsələr də, bu, müəyyən məbləğə qədər verilən kreditlərə aid olur.
Əksər vətəndaşlar isə zamin durmaq istəmir.
Ümumiyyətlə, zaminlik məsələsi necə həll olunmalıdır?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, zamin duran şəxs hansı məsuliyyətin altına girdiyini bilir:
“Azərbaycanda banklar adətən birgə zaminlik forması ilə kredit ayırır və borc ödənilmədikdə həm zamindən, həm də borcalandan ödəniş tələb edir. Onu da deyim ki, krediti qaytarmamağa görə vətəndaşı cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər. Bu həm beynəlxalq, həm də milli qanunvericiliyimizdə qeyd olunur. Krediti qaytarmamağa görə vətəndaş yalnız mülki məsuliyyət daşıya bilər”.
Sevinc