İnnovasiya və Təchizat Mərkəzi “Zeytun Pharmaceuticals” şirkəti ilə 731 941,6 manatlıq satınalma müqaviləsi bağlayıb.
Hit.az xəbər verir ki, Mərkəz bu məbləğə şirkətdən şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində tibbi sərfiyyat malları almağı planlaşdırır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Bəhruz Şirəliyev vaxtilə "Rəvan” futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb.
"Zeytun Pharmaceuticals” MMC "Farum Qafur” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdadır. "Farum Qafur” MMC artı ləğv edilib. Bu şirkətin qanuni təmsilçisi Tağıyev Zamir Elşad oğlu olub.
Bundan başqa məlumatlarda qeyd edilir ki, "Zeytun Pharmaceuticals” MMC-nin keçmiş hüquqi ünvanı Səbail rayonu, Niyazi küçəsi ev 5, mənzil 15-də yerləşib. Bu ünvan Səhiyyə Nazirliyinin "Dərmanların Analtik Ekspertizasi Mərkəzi” MMC-nin keçmiş direktoru Əbülfəz Abdullazadənin qeydiyyatda olduğu mənzildir. Müəssisə yaradılanda Əbülfəz Abdullazadə "Dərmanların Analtik Ekspertizasi Mərkəzi”nin direktoru vəzifəsində işləyib. Dərman preparatlarının lisenziyası ilə məşğul olan bir qurumun rəhbərinin ünvanında dərman şirkəti qeydiyyatdan keçib.
Abbas