“Azərpoçt” MMC 400 min manatlıq mebel alır.
Hit.az xəbər verir ki, qurum bununla bağlı keçirdiyi tenderə yekun vurub.
Tenderin qalibi “Foriella” şirkəti seçilib.
“Foriella” şirkəti 2015-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 80 010 manatdır. Şirkətin qanuni təmsilçisi İslamlı Fərman Fərrux oğludur.
“Azərpoçt” şirkətn sənəd dolabı, işçi masası, paltar dolabı, mətbəx mebeli, stul, stol və s. bu kimi mebellər alacaq.
Abbas