Azərbaycanda eşşəklərin sayı sürətlə azalır.
Valyuta.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, ötən il ərzində eşşəklərin sayı 14,9 min baş olub. Bu, 2023-cü illə müqayisədə 5,1 min baş azalma deməkdir. Qeyd edək ki, 2023-cü ildə ölkədəki eşşəklərin sayı 20 min baş olub.
Son 5 ildə eşşəklərin sayında baş verən azalma prosesini statistik rəqəmlərlə təqdim edirik.
2020 - ci ildə - 25,8 min baş
2021 – ci ildə 23,4 min baş
2022 – ci ildə 21 min baş
2023 – ci ildə 20 min baş
2024 – cü ildə 14,9 min baş