Regional Su Meliorasiya Xidməti laboratoriya üçün avadanlıqlar, mal-materiallar və reagentlərin satın alınması ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “Sem-Az” MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma mmüqaviləsinin maliyyə dəəyəri 1 049 688,81 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.
Anar Məmmədov həm də "SEM-AZ Laboratoriya Cihazları” MMC-nin qanuni təmsilçisidir. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. "SEM-AZ” MMC-yə gəlincə, mediada gedən məlumatlarda şirkət "Arash Medical” MMC-yə yaxın şirkət hesab edilir.
Abbas