Bank sektoru təhlükə qarşısında - Problemli kreditlər artır

İQTİSADİYYAT
21:56 / 06.03.2025
76

Mərkəzi Bankın məlumatına görə, 2024-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq, milli valyuta ekvivalentində 29066,8 milyon manat təşkil edib.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, problemli kreditlərin həcminin artması gözləniləndir:

 "Çünki gəlirlilik aşağı düşüb. Buna görə də kreditləri qaytarmaqda problem var və get-gedə artacaq. Kreditlərin qaytarılmasında çətinlik yaşanır. Bu problemin qarşısını almaq üçün gərək banklar daha ehtiyatlı kredit siyasəti həyata keçirsinlər. Bu halda isə əksəriyyət kredit ala bilməyəcək və şikayətlər daha da artacaq".

Sevinc

0