Onlayn alış-veriş – Üstünlükləri nədir?

İQTİSADİYYAT
19:55 / 08.03.2025
110

Nə mağaza üçün icarə haqqı var, nə əlavə kommunal ödəniş, nə də bəzi digər xərclər.

HİT.az Xəzər TV-yə istinadla xəbər verir ki, son dövrlərdə onlayn, yəni sosial şəbəkə vasitəsilə edilən satışa maraq artıb.

Paytaxtda apardığımız sorğu zamanı da sakinlərin əksəriyyəti bu üsulun onlar üçün daha rahat olduğunu bildirdilər.

Artıq bir çox sahibkarlar da məhsullarını daha çox onlayn satmağa üstünlük verirlər. Mütəxəssislər deyirlər ki, ticarətin rəqəmsal formasına üstünlük verən alıcıların sayının artması sahibkarların da onlayn ticarətə keçid dövrünü başladıb. Bu ticarətin üstün tərəfləri isə az deyil.

Ekspertin sözlərinə görə, hazırki dövrdə ənənəvi mağazalarla onlayn ticarət arasında rəqabət yaranıb. Getdikcə də onlayn alış-verişə maraq gösərənlərin sayı artır. Ən çox da gənclər arasında. Lakin, "görüb, sınayıb məhsulu sonra alıram" deyənlər də az deyil.

0