"Nağdsız alış-veriş kifayət qədər çox üstünlüklərə malikdir".
Bu sözləri Hit.aza bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, kartla əməliyyatın ən üstün cəhəti Əlavə Dəyər Vergisinin daha çox hissəsinin qaytarılmasıdır. Yəni, nağd ödəniş etdikdə ƏDV-nin 5, kartla ödədikdə 15 faizi geri qaytarılır:
"Ümumiyyətlə, vətəndaşlara kartla ödəniş etmək daha sərfəlidir. Plastik kartlardan istifadənin genişlənməsinin, nağdsız ödənişlərin artmasının həm vətəndaşlara, həm də bankalara faydası var. Nağdsız ödənişlərin həcminin artması müsbət haldır, vətəndaşların rahatlığını təmin edir. Vətəndaşların üstlərində artıq pul gəzdirmirlər"
Sevinc