İcra hakimiyyəti “Lukoyl”dan 23 ton benzin alır

İQTİSADİYYAT
22:17 / 10.03.2025
56

Sumqayıt Şəhər İcra Hakimiyyəti “Lukoyl Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) 36 823 manatlıq benzin alır. 

Hit.az xəbər verir ki, satınalma metodu birmənbə üsulu ilə həöyata keçirilib. 

İcra hakimiyyəti A 95 markalı benzin almağı planlaşdırır ki, sözgedən markanın 1 litrinin qiyməti 1,60 manatdır. Bu halda icra hakimiyyətinin 23 tondan artıq benzin almağı planlaşdırdığı məlum olur. 

Abbas  

0