Keşlə bazarının bəzi satıcıları niyə hələ də köçməyiblər? - VİDEO

İQTİSADİYYAT
10:45 / 12.03.2025
71
Kimisi getdi, kimisi qaldı... Gedənlər onlara ayrılmış yeni məkanda, qalanlar isə köhnə bazarın qonşuluğundakı yeni əraziyə toplaşdı...
 
Söhbət yol çəkilişi ilə bağlı sökülən köhnə "Keşə bazarı"nın satıcılarından gedir.
 
Yeni ərazidə fəaliyyət göstərən satıcılar deyirlər ki, hər şey yaxşıdır, bircə ərazi üzrə marşrut avtobuslarının fəaliyyət göstərməməsi onlar üçün problem yaradır.
 
Sahibkar Kənan Hüseynli "Xəzər Xəbər”ə müsahibəsində deyib ki, köhnə "Keşlə bazarı"nın satıcıların müraciətindən sonra onlara burada yer ayrılması barədə qərar verilib.
 
Hazırda burada 40-dan çox satıcı fəaliyyət göstərir.
 
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildib ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin sözügedən ərazi ilə hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən 17 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib və alternativ küçələrlə təşkil edilib. Sözügedən ərazidəki vəziyyət daim izlənilir. Ərazidəki şərait avtobusların oradan keçməsinə imkan verərsə, məsələyə yenidən baxıla bilər.
 

0