İnnovasiya və Təchizat Mərkəzi əczaçılıq sahəsində aparıcı şirkətlərdən biri olan “Avromed Company” şirkəti ilə 16 333 897,48 manatlıq satınalma müqaviləsi imzalayıb.
Hit.az xəbər verir ki, müqavilə “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” çərçivəsində dərman vasitələrinin satın alınması ilə bağlıdır.
“Avromed Company” şirkətinin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir. Depuat özü bu iddianı təkzib etsə də, media israrla şirkətin ona aid olduğu barədə yazır.
Abbas