"Ət idxalı artır. Bununda səbəbi həm iri, həm də xırdabuynuzlu heyvanları saxlayanların sayı azalmasıdır. Çünki, heyvanların bəslənməsi üçün xərclər çoxalıb. Ona görə də vətəndaşlara heyvan saxlamaq sərf etmir".
Bu fikri Hit.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirib ki, Azərbaycanda xırdabuynuzlu heyvanların idxalı 3 dəfəyədək yüksəlib:
"Nəzərə almaq lazımdır ki, idxal olmasa, qiymətlər daha sürətli şəkildə qalxardı. Yəni, idxal edilən məhsullar qiymətin daha tez şəkildə yüksəlməsinin qarşısını alır. Əslində idxalçılar görürlər ki, ölkədən kənarda ət məhsullarını daha baha şəkildə satmaq mümkündür. Ona görə də idxalın həcmini çoxaldırlar".
Sevinc