Dövlət Sığorta Kommersiya Şirkətinin 15 maşını hərraca çıxarılacaq

İQTİSADİYYAT
20:57 / 14.03.2025
44

Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus 15 maşın hərracda satılacaq. 

Hit.az xəbər verir ki, hərra aprelin 4-də keçiriləcək. 

Hərraca çıxarılacaq avtomobillərdən 14-ü “Khazar Peugeot”, 1-i isə “Naz Lifan LF 7185-720” markalıdır. 

“Khazar Peugeot” markalı avtomobillər 2019-cu il, “Naz Lifan LF 7185-720” markalı avtomobil isə 2015-ci il istehsalıdır. 

Avtomobillərin ilkin satış qiyməti toplam olaraq 32 250 manatdır.

Abbas 

0