Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır.
APA-nın əldə etdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.
Hesablama Palatasından da APA-nın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.
Bildirilib ki, Hesablama Palatasının 2024-cü il dekabrın 6-dakı kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.