BDU-nun 1,4 milyonluq tenderi ləğv edildi

İQTİSADİYYAT
18:59 / 18.03.2025
55

Bakı Dövlət Universitetinin tenderi ləğv edilib. 

Hit.az xəbər verir ki, BDU-nun Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən ərazisində Qazanxana binasının tikintisi işlərinin satın alınması ilə bağlı keçirilən tenderin ləğv edilməsinin səbəbi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az omasıdır.

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 1 438 023,52 manatdır. 

Abbas 

0