Azərbaycan bu il Rusiyaya 29 min tona yaxın pomidor ixrac edib

İQTİSADİYYAT
14:55 / 26.03.2025
156

Bu ilin əvvəlindən Azərbaycan Rusiyaya 28,7 min ton pomidor tədarük edib.

 

Bu barədə “Report” Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.

 

Martın 23-nə olan vəziyyətə görə, Azərbaycan 23 % payla Rusiyaya pomidorun iki ən böyük böyük tədarükçüsündən biridir.

 

Ümumilikdə, Rusiya ilin əvvəlindən 124,9 min ton pomidor idxal edib, ən böyük tədarükçü isə təxminən 30 min tonla Türkmənistandır.

0